Yuxarı

BEA: 2025-ci ildə neftə tələbat 6,8% artacaq

​BEA: 2025-ci ildə neftə tələbat 6,8% artacaq

Beynəlxalq Energetika Agentliyi (BEA) illik proqnozun baza ssenarisini dərc edib.

Bu barədə "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir.

Proqnoza əsasən 2018-ci illə müqayisədə 2025-ci ildə neftə tələbatın 6,8% artacağı bildirilir.

Qeyd edilir ki, tələbat gündə 103,5 milyon barelə qədər artacaq. Proqnoza əsasən, hər il tələbatın çoxalması inkişaf edən ölkələrdə gündəlik 900 min barel təşkil edəcək.

Bundan başqa, 2040-cı ilə tələbatın 9,8% artımı gözlənilir. Bu isə 106,4 milyon barelə qədər artım deməkdir. 

Qeyd edək ki, daha əvvəl də Beynəlxalq Enerji Agentliyi 2025-ci ildə neftin dəyəri üzrə qiymətləndirməsini 6% - 88 dollar-barelə qədər artırıb. Agentlik həmçinin 2040-cı ilə qədər neftin qiymətinin 0,9% artaraq 112 dollar/barel səviyyəsində olacağını proqnozlaşdırıb.

BEA-nın ölkələrin mövcud enerji siyasətini və açıqladıqları planları nəzərə alan baza ssenarisinə görə, neftin qiyməti 2017-ci ilin 52 dollar/barel qiyməti ilə müqayisədə tədricən artacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi