Baş Prokurorluq İsrail baş nazirinin həyat yoldaşına qarşı ittiham irəli sürüb

Baş Prokurorluq İsrail baş nazirinin həyat yoldaşına qarşı ittiham irəli sürüb Bakı. 21 iyun. REPORT.AZ/ İsrailin Baş Prokurorluğu ölkənin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahuya qarşı ittiham irəli sürüb.
Digər ölkələr
21 İyun , 2018 16:25
Baş Prokurorluq İsrail baş nazirinin həyat yoldaşına qarşı ittiham irəli sürüb
AP:ASSOCIATED PRESS
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ İsrailin Baş Prokurorluğu ölkənin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahuya qarşı ittiham irəli sürüb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, o, baş nazirin iqamətgahının işlərini idarə edərkən sui-istifadə hallarına yol verməkdə, dövlət vəsaitini əsassız olaraq xərcləməkdə təqsirləndirilir. 

Məlumata görə, S.Netanyahu ictimaiyyətin etibarından sui-istifadədə və qanunsuz yolla qazanc əldə etməkdə təqsirli bilinir.

İttiham aktında qeyd edilib ki, iqamətgahda həmişə aşbazlar işlədiyi halda, S.Netanyahu Qüdsün bahalı restoranlarından yeməklər sifariş verib. O, bu məqsədlə dövlət büdcəsindən 350 min şekkel (təxminən, 97 min dollar) xərcləyib.

Baş nazirin həyat yolaşı başqa qanun pozuntularına görə ittiham olunsa da, onların heç birini Baş Prokurorluq elan etməyib.

Eyni zamanda İsrailin hökuməti başçısının Aparat direktorunun keçmiş müavini Ezre Saydofa qarşı da ittiham irəli sürülüb. O,dövlət vəsaitini mənimsəməkdə günahlandırılır.  

Son xəbərlər

Orphus sistemi