Baş katib: "NATO-nun Varşava sammiti Alyansın tarixində həlledici anda keçirilir"

Baş katib: "NATO-nun Varşava sammiti Alyansın tarixində həlledici anda keçirilir" Yens Stoltenberq: "NATO üzvlərini və tərəfdaşlarını dəstəkləməyə davam edəcək"
Digər ölkələr
8 İyul , 2016 12:26
Baş katib: NATO-nun Varşava sammiti Alyansın tarixində həlledici anda keçirilir

Bakı. 8 iyul. REPORT.AZ/ "NATO-nun Varşava sammiti Alyansın tarixində həlledici anda, hər tərəfdən müxtəlif problemlərlə qarşı-qarşıya qaldığımız anda keçirilir".

"Report" xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq NATO-nun Varşava sammiti çərçivəsində bu gün keçirilən ekspertlər forumunda deyib.

Onun sözlərinə görə, ötən müddət ərzində bu problemlərlə mübarizə aparmaq üçün NATO gücü üç dəfə artıb: "Biz kibertəhlükəsizlik, hibrid təhdidlər, ballistik raketlərə qarşı mübarizəni davam etdirəcəyik. Biz həm də üzvlərimizi dəstəkləməyə davam edəcəyik. Bununla əlaqədar Estoniya, Latviya, Litva və Polşada yeni batalyonlar yaradacağıq. Eyni zamanda radikalizmlə mübarizədə Əfqanıstan, İraq və digər ölkələrdə dəstək göstərməkdə davam edəcəyik".

Bununla yanaşı, Y.Stoltenberq NATO-nun tədbirlərinin heç bir ölkəyə, xüsusilə də Rusiyaya qarşı yönəlmədiyini bildirib: "Biz yeni "soyuq müharibə" istəmirik. Bu, artıq tarixdir. Rusiya bizim böyük qonşumuzdur, buna görə də onlarla dialoqun aparılması vacibdir".

Böyük Britaniyanın Avropa İttifaqından çıxışını şərh edən baş katib vurğulayıb ki, bu addım Britaniyanın NATO-dakı mövqeyini dəyişməyəcək.

Son xəbərlər

Orphus sistemi