Baş katib: NATO İŞİD-ə müqavimət göstərmək üçün Türkiyədə hərbi kontingentini artırıb

Baş katib: NATO İŞİD-ə müqavimət göstərmək üçün Türkiyədə hərbi kontingentini artırıb NATO terrorizmlə mübarizədə öz töhfəsini vermək istəyən bütün ölkələri alqışlayır
Digər ölkələr
8 Sentyabr , 2016 12:08
Baş katib: NATO İŞİD-ə müqavimət göstərmək üçün Türkiyədə hərbi kontingentini artırıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ NATO "İslam Dövləti" terror təşkilatına müqavimət göstərmək üçün Türkiyədə hərbi kontingentini artırıb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanda tələbələrlə görüşdə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. 

Onun sözlərinə görə, Türkiyə bir sıra əraziləri İŞİD-in nəzarəti altında olan İraq və Suriya ilə sərhəddə yerləşdiyi üçün terror təhlükəsi ilə daha sıx qarşılaşır.

O, həmçinin qeyd edib ki, NATO terrorizmlə mübarizədə öz töhfəsini vermək istəyən bütün ölkələri alqışlayır.

Son xəbərlər

Orphus sistemi