Baş Assambleya BMT-nin yeni baş katibinin təyinatı məsələsinə baxacaq

Baş Assambleya BMT-nin yeni baş katibinin təyinatı məsələsinə baxacaq Antoniu Qutyerreş, bu vəzifəyə təyin olunacağı halda, BMT-nin bütün sistemlərinin fəaliyyətində ahəngə nail olmağa çalışacağına söz verib
Digər ölkələr
12 Oktyabr , 2016 09:37
Baş Assambleya BMT-nin yeni baş katibinin təyinatı məsələsinə baxacaq

Bakı. 12 oktyabr. REPORT.AZ/ Oktyabrın 13-də Baş Assambleyanın 71-ci sessiyasının nümayəndələri BMT-nin yeni baş katibinin təyinatı məsələsinə baxacaq.

"Report" xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Ötən həftə Təhlükəsizlik Şurası Assambleyaya 1 yanvar 2017-ci il tarixdən 31 dekabr 2021-ci ilə qədər bu vəzifəyə Portuqaliyadan olan Antoniu Qutyerreşi təyin etməyi məsləhət görüb.

Koreya Respublikasından olan Pan Gi Mun BMT-nin səkkizinci baş katibidir.

BMT-nin Nizamnaməsinə əsasən, baş katib təşkilatın baş inzibati vəzifə sahibidir. O, Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Assambleyası tərəfindən təyin edilir.

Xatırladaq ki, A.Qutyerreş 2015-ci ilin iyun-dekabr aylarında BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı kimi fəaliyyət göstərib.

A.Qutyerreş, bu vəzifəyə təyin olunacağı halda, BMT-nin bütün sistemlərinin fəaliyyətində ahəngə nail olmağa, üç əsas sahənin hamısında - sülh, inkişaf və insan hüquqları sahəsində yaranmış problemlərin öhdəsindən gəlməyə yardım edəcək strategiya tapmağa çalışacağına söz verib.

Son xəbərlər

Orphus sistemi