Barselonada polis etirazçıları dağıtmaq üçün rezin güllələr tətbiq edib

Barselonada polis etirazçıları dağıtmaq üçün rezin güllələr tətbiq edib Barselona polisi etiraz aksiyası keçirənləri dağıtmaq üçün xüsusi vasitələr tətbiq etməyə başlayıb.
Digər ölkələr
20 Oktyabr , 2019 03:07
Barselonada polis etirazçıları dağıtmaq üçün rezin güllələr tətbiq edib

Barselona polisi etiraz aksiyası keçirənləri dağıtmaq üçün xüsusi vasitələr tətbiq etməyə başlayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, bir gün əvvəl gecə etiraz edənlər Kataloniya Milli Polisinin binası yanındakı küçələrdə barrikadalar qurmağa başlayıblar. Onlar maneələrin qurulması üçün lövhələrdən, zibil yeşiklərindən, tullantılardan, hətta dekorativ ağaclardan istifadə ediblər.

Daha əvvəl şənbə günü aksiyaçılar barrikadaları yandırıblar. Hansılar ki, sonra yanğınsöndürənlər tərəfindən söndürülüb. Lakin yerli vaxtla gecə bəzi radikallar yanğınsöndürənlərə hücum edərək onlara işlərini yerinə yetirməyə mane olublar.

Bu zaman kütləni sakitləşdirmək üçün asayiş keşikçiləri aksiyaçılara qarşı rezin güllələr tətbiq edib. Kütlənin ərazidən çəkilməsindən sonra yanğınsöndürənlər yolun ortasındakı alovu söndürə biliblər.

Aksiya zamanı bir neçə etirazçının xəsarət aldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi