Barselonada antiterror əməliyyatı keçirilir

Barselonada antiterror əməliyyatı keçirilir Kilsənin ziyarətçiləri ərazidən təxliyyə edilib
Digər ölkələr
12 Sentyabr , 2017 23:49
Barselonada antiterror əməliyyatı keçirilir

Bakı. 12 sentyabr. REPORT.AZ/ Barselonanın "Sagrada Familia" kilsəsi ərazisində antiterror əməliyyatı keçirilir.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər kilsənin yaxınlığındakı mikroavtobusda partladıcı maddənin olub-olmadığını müəyyənləşdirirlər.

Hazırda kilsənin ziyarətçiləri ərazidən təxliyyə edilib.

Qeyd edək ki, İspaniyanın şimal-şərqində yerləşən bu turist zonasında ötən ay baş vermiş terror aktı zamanı 16 nəfər həlak olub, habelə 100-dən çox insan xəsarət alıb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi