Yuxarı

Tramp Barranın baş prokuror postuna namizədliyini rəsmən irəli sürüb

Barranın baş prokuror postuna namizədliyini rəsmən irəli sürülüb

Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Uilyam Barranın ölkənin baş prokuroru və Ədliyyə Nazirliyinin rəhbəri vəzifələrinə namizədliyini rəsmi olaraq Senatın gündəliyinə daxil edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Reqlamentə görə, Barranın namizədliyini Hüquq Komitəsi, ardınca isə respublikaçıların üstünlük təşkil etdikləri Senatın tam heyəti təsdiq etməlidir.

Komitədə Barranın namizədliyinə 15-16 yanvar tarixlərində baxılması nəzərdə tutulub.

Barra bu vəzifəni 1991-93-cü illərdə artıq bir dəfə tutub. 2017-ci ildə bu vəzifəyə təyin olunmuş əvvəlki baş prokuror Ceff Seşns dekabrın 7-də istefaya göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi