Barselonada yaşayış binasında partlayış baş verib: 3 ölü, 15 yaralı

Barselonada yaşayış binasında partlayış baş verib: 3 ölü, 15 yaralı Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil
Digər ölkələr
18 Sentyabr , 2016 18:22
Barselonada yaşayış binasında partlayış baş verib: 3 ölü, 15 yaralı

Bakı. 18 sentyabr. REPORT.AZ/ İspaniyanın Barselona şəhərində yaşayış binasında partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "İnterfax" yerli mətbuata istinadən xəbər yayıb.

Məlumata görə, hadisə zamanı 3 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağırdır.

Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin ehtimala görə, hadisə qaz sızmasından baş verib. 

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Binanın sakinləri təxliyə edilib. 

Partlayış zamanı digər binalar da zərər çəkib.

Son xəbərlər

Orphus sistemi