Barak Obama kiber təhlükəsizliyi gücləndirəcək qanunun tərəfdarıdır

Barak Obama kiber təhlükəsizliyi gücləndirəcək qanunun tərəfdarıdır Bu təklif xakerlərin ABŞ Mərkəzi Komandanlığının YouTube və Twitter hesablarına hücumundan sonraya təsadüf edib
Digər ölkələr
14 Yanvar , 2015 22:55
Barak Obama kiber təhlükəsizliyi gücləndirəcək qanunun tərəfdarıdır

Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama hökumət və özəl şirkətlər arasında məlumatların paylaşılmasını təşviq edən yeni kiber təhlükəsizlik qanunu çıxarılmasına çağırıb.

Milli Kibertəhlükəsizlik və Kommunikasiya İnteqrasiya Mərkəzində çıxışı zamanı Obama deyib ki, hazırkı qanun bəzən hər iki tərəf arasında məlumatların dəyişdirilməsini hüquqi və məsuliyyət cəhətdən imkansız edir.

"Report"un Amerikanın Səsinə istinadla verdiyi xəbərə görə, prezidentin bu təklifi xakerlərin ABŞ Mərkəzi Komandanlığının YouTube və Twitter hesablarına hücumundan sonraya təsadüf edib. Bu qurum Suriya və İraqda İslam Dövləti qrupuna qarşı ABŞ-ın başçılıq etdiyi hava hücumlarına nəzarət edir. Xakerlər İslam Dövləti qrupuna sadiq olduqlarını bildiriblər.

Noyabr ayında xakerlərin Sony Pictures Entertainment şirkətinin veb səyfəsinə hücum etməsi nəticəsində şirkət Şimali Koreya lideri Kim Conq Un haqda çəkdiyi komediya filminin yayımlanmasını ləğv etmişdi.

Obama hərbi sosial media hesablarına edilən hücumun təşkilatın fəaliyyətinə təsir etmədiyini bildirib. O, hadisə ilə bağlı istintaqın davam etdiyini və kiber təhdidlərin təcili və artan təhlükə olduğunu xatırladıb.

Prezident bu qanun tezliklə çıxarılacağına əmin olduğunu desə də, buna bənzər qanun artıq bir dəfə ABŞ Konqresindən keçməyib. Vətəndaş azadlığı tərəfdarları belə qanunların dövlətə daha çox nəzarət ixtiyarı verəcəyi üçün əleyhinə çıxıblar. Ancaq bəzi mühafizəkar qanunvericilər digər hökumət qurumlarına mümkün xaker hücumlarından narahatlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi