Yuxarı

Banqladeşin baş nazirinə məxsus təyyarə Aşqabadda təcili eniş edib

Banqladeşin baş nazirinə məxsus təyyarə Aşqabadda təcili eniş edib
Hadisə zamanı heç bir sərnişin xəsarət almayıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Banqladeşin baş naziri Şeyx Hasin Vazedə məxsus "Boeing" təyyarəsi Türkmənistanın paytaxtı Aşqabad şəhərində təcili eniş edib.

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarə Dəkkədən Macarıstanın paytaxtı Budapeştə uçurmuş. Lakin hava maşınında texniki nasazlıq yaranıb.

Hadisə zamanı heç bir sərnişin xəsarət almayıb. Xəbərdə hazırda bütün sərnişinlərin təhlükəsiz şəraitdə olduğu qeyd edilir.

Banqladeşin mülki aviasiya naziri Rəşid Xan Menonun sözlərinə görə, hadisə vaxtı təyyarənin göyərtəsində 99 sərnişin və 22 ekipaj üzvü olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi