Banqladeşdə beşmərtəbli yaşayış binasının qaz kəməri partlayıb.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, hadisə Çittaqqonq şəhərində baş verib. Partlayış zamanı azı 7 nəfər həlak olub, daha 8 nəfər xəsarət alıb.
Qeyd edilir ki, partlayış səbəbindən binanın divarları dağılıb.
Polis nümayəndəsinin sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə xilasedicilər cəlb edilib.