Banqladeşdə qatar mikroavtobusla toqquşub, 5 nəfər ölüb

Banqladeşdə qatar mikroavtobusla toqquşub, 5 nəfər ölüb İnsident səhər saatlarında Qazipur şəhəri yaxınlığındakı dəmiryol keçidində baş verib
Digər ölkələr
8 Yanvar , 2017 09:53
Banqladeşdə qatar mikroavtobusla toqquşub, 5 nəfər ölüb

Bakı. 8 yanvar. REPORT.AZ/ Banqladeşin mərkəzi hissəsində qatarla mikroavtobusun toqquşması nəticəsində 5 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Dhaka Tribune" qəzeti yazıb.

Məlumata görə, insident səhər saatlarında Qazipur şəhəri yaxınlığındakı dəmiryol keçidində baş verib.

Polis ölənlərin şəxsiyyətini müəyyənləşdirir, faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi