Banqladeşdə Myanmadan olan arakan qaçqınlarının sayı 500 min nəfəri ötüb

Banqladeşdə Myanmadan olan arakan qaçqınlarının sayı 500 min nəfəri ötüb Qaçqınlar düşərgədə və müvəqqəti məskunlaşma mərkəzində sığınacaq tapıblar
Digər ölkələr
28 Sentyabr , 2017 23:16
Banqladeşdə Myanmadan olan arakan qaçqınlarının sayı 500 min nəfəri ötüb
Courtesy İmage

Bakı. 28 sentyabr. REPORT.AZ/ Myanmanın Arakan vilayətindəki zorakılıqlardan yaxa qurtarmaq üçün qonşu Banqladeşə qaçan müsəlmanların sayı 500 min nəfəri ötüb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyinə BMT Ali komissarının qaçqınlar üzrə nümayəndəsi Dunya Aslam Xan xəbər verib.

Onun sözlərinə görə, qaçqınlar Koks-Bazardakı düşərgədə və müvəqqəti məskunlaşma mərkəzində sığınacaq tapıblar.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın nümayəndəsi Coel Millman sentyabrın 26-da Banqladeşdəki arakan qaçqınlarının sayının 480 min nəfər olduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi