Yuxarı

Banqladeşdə iki döyüş təlim təyyarəsi toqquşub

Banqladeşdə iki döyüş təlim təyyarəsi toqquşub
Hələlik hadisənin başvermə səbəbi məlum deyil

Bakı. 27 dekabr. REPORT.AZ/ Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus "Yak-130" tipli iki döyüş təlim təyyarəsi toqquşub.

“Report” xəbər verir ki, bu barədə aviasiya sahəsindəki mənbəyə istinadən "bdnews24" nəşri məlumat yayıb.

"Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib, xilasetmə əməliyyatı davam edir", - deyə portala bildiriblər.

Hadisənin Çittaqonq əyalətinin Putibila rayonunda baş verdiyi, bununla belə təyyarələrin 4 nəfərdən ibarət heyət üzvlərinin sağ qaldığı bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi