Banqladeşdə fabrikdə partlayış nəticəsində 10 nəfər ölüb

Banqladeşdə fabrikdə partlayış nəticəsində 10 nəfər ölüb Qablaşdırma fabrikində su qızdıran qurğu partlayıb
Digər ölkələr
10 Sentyabr , 2016 08:07
Banqladeşdə fabrikdə partlayış nəticəsində 10 nəfər ölüb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Banqladeşin qablaşdırma fabrikində baş verən partlayış, ardınca isə yanğın nəticəsində ən azı 10 nəfər ölüb, təqribən 30 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

İnsident şənbə günü təqribən 07.15-də Qazipur şəhərində baş verib. İlkin məlumatlara görə, "Tempako" şirkətinə məxsus qablaşdırma fabrikində su qızdıran qurğu partlayıb.

Yerli hakimiyyət orqanları ölənlərin sayının artacağından ehtiyat edirlər.

Son xəbərlər

Orphus sistemi