Banqladeşdə etirazçılar avtobusu yandırıb, 11 nəfər həlak olub

Banqladeşdə etirazçılar avtobusu yandırıb, 11 nəfər həlak olub Ən az 7 nəfər xəsarət alıb
Digər ölkələr
6 Mart , 2015 11:29
Banqladeşdə etirazçılar avtobusu yandırıb, 11 nəfər həlak olub

Bakı. 6 mart. REPORT.AZ/ Banqladeşin şimal-şərqindəki Sultanqanc şəhərində ötən gecə etirazçılar sərnişin avtobusuna od vurublar. "Report" "TASS"a istinadən xəbər verir ki, nəticədə ən azı 11 nəfər həlak olub, daha 7 nəfər isə ciddi xəsarət alıb. 

Ölkədə kütləvi iğtişaşlar və nümayişlər martın 4-də paytaxt məhkəməsinin aparıcı müxalifət partiyası olan Banqladeş Millətçi Partiyasının lideri və ölkənin sabiq baş naziri Bequm Xaleda Ziyanın həbsi barəsində qərarın qüvvədə saxlamasından sonra başlayıb. B.X. Ziya korrupsiyada ittiham olunur. 

Son 3 gün ərzində etirazçılar 20-dən artıq nəqliyyat vasitəsini, əsasən sərnişin avtobuslarını yandırıblar. Belə hücumlar Navabqanc və Kişorqanc əyalətlərində də törədilib. 

B.Ziyanın həbsinə qərar siyasətçinin məhkəmənin növbəti iclasına gəlməməsindən sonra verilib. O, kommersiya təşkilatları tərəfindən yardımın göstərilməsi üçün müxtəlif vaxtlarda ayırdığı 500 mln. taka (600 min dollar) məbləğində vəsaitin mənimsənilməsində ittiham olunur. Keçmiş baş nazir ömürlük həbs cəzası ala bilər. 

Son xəbərlər

Orphus sistemi