Yuxarı

Banqladeşdə baş vermiş güclü yanğında azı 10 nəfər həlak olub

​Banqladeşdə baş vermiş güclü yanğında azı 10 nəfər həlak olub

Banqladeşdə sərinləndirici (ventilyator) istehsalı ilə məşğul olan fabrikdə güclü yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə "Dhakka Tribune" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 10 nəfər həlak olub, daha 2 nəfər yaralanıb. 

Yanğınsöndürmə xidmətinin məlumatında bildirilir ki, hadisə paytaxt Dakka yaxınlığındakı Qazipur dairəsində fəaliyyət göstərən "Luxury Fan" fabrikində qeydə alınıb. Yanğın zamanı fabrikdə 70-90 işçi olub. İşçilərdən 19-u hadisə vaxtı binanın damında imiş.

"Onlardan 10-u həlak olub, 9 nəfər sağ qalıb. Sağ qalanlardan 2-i xəsarət alıb", - deyə yerli hakimiyyət orqanlarının nümayəndəsi Abdulla Al Zəki bildirib.

Qeyd edilir ki, güclü alov 2 saat müddətində söndürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi