Yuxarı

Banqladeşdə yük avtomobili fəhlələrin qaldığı evə çarpılıb, 13 nəfər ölüb, 2 fəhlə yaralanıb

Banqladeşdə avtomobil qəzası, 13 fəhlə ölüb, 2 fəhlə yaralanıb
© hurriyet

Bakı. 25 yanvar. REPORT.AZ/ Banqladeşdə yük avtomobilinin fəhlələrin qaldığı evə çarpılması nəticəsində 13 nəfər ölüb, 2 fəhlə yaralanıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə paytaxt Dəkkdən 80 km. cənub-şərqdə yerləşən Cumila bölgəsinin Çauddoqram rayonunda baş verib. 

Rayonun polis idarəsinin rəisi Mahfuzur Rahman deyib ki, hadisə sürücünün idarəetməni itirməsı səbəbindən baş verib. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Həmin tikilidə yerli kərpic fabrikinin fəhlələri qalırmış. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi