Bakı. 9 iyun. REPORT.AZ/ "İslam dövləti" terror təşkilatı İraqın iki rayonunda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"Əl-Cəzirə" telekanalının məlumatına görə, iki terror aktında ölənlərin sayı 28 nəfərə çatıb.
Birinci partlayış Bağdadın şərqindəki Əl-Cədidə rayonunda baş verib. Terrorçu-kamikadze minalanmış avtomobili partladıb.
İkinci partlayış paytaxtın şimalında Taci şəhərində terrorçunun minalanmış avtomobildə İraq ordusunun nəzarət-nuraxılış məntəqəsinə girməsi nəticəsində baş verib.