Bakı. 22 aprel. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın cənub-qərbində terrorçu-kamikadze cümə namazından sonra özünü məsciddə partladıb.
"Report" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumata görə, Radvaniya küçəsindəki partlayış nəticəsində azı 9 nəfər ölüb, təxminən 25 nəfər yaralanıb.