Bağdadda partlayış nəticəsində 35 nəfər həlak olub

Bağdadda partlayış nəticəsində 35 nəfər həlak olub Ticarət mərkəzinin yaxınlığında iki avtomobil partladılıb
Digər ölkələr
10 Sentyabr , 2016 12:10
Bağdadda partlayış nəticəsində 35 nəfər həlak olub

Bakı. 10 sentyabr. REPORT.AZ/ Dünən gecə İraqın Paytaxtı Bağdad şəhərində ticarət mərkəzinin yaxınlığında iki minalanmış avtomobilin partladılması nəticəsində ən az 35 nəfər həlak olub. 

"Report" "Press TV"yə istinadən xəbər verir ki, daha 40 nəfər xəsarət alıb.

Partlayış nəticəsində ətrafdakı binalar zədələnib, ticarət mərkəzinin yaxınlığında dayanan avtomobillər yanıb. 

Terror aktına görə, "İslam Dövləti" qruplaşması məsuliyyəti öz üzərinə  götürüb. 

Son xəbərlər

Orphus sistemi