​Bağdadda məscid yaxınlığında partlayış törədilib: 12 ölü, 32 yaralı

​Bağdadda məscid yaxınlığında partlayış törədilib: 12 ölü, 32 yaralı Hadisə baş verən zaman məsciddə dindarlar olub
Digər ölkələr
28 İyun , 2016 01:14
​Bağdadda məscid yaxınlığında partlayış törədilib: 12 ölü, 32 yaralı

Bakı. 28 iyun. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın yaxınlığında yerləşən Əbu-Qreyb şəhərindəki məscid ətrafında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ən azı 12 nəfər ölüb, 32 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polis və həkimlərə istinadən "Reuters" məlumat yayıb.

Hələ ki, partlayışa görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Partlayış zamanı məsciddə dindarlar olub.

Son xəbərlər

Orphus sistemi