Bağdad Kürdüstanda keçirilən referenduma tezliklə cavab veriləcəyini vəd edib

Bağdad Kürdüstanda keçirilən referenduma tezliklə cavab veriləcəyini vəd edib Hökumət rəsmisi: "Bunun üçün bizim kifayət qədər siyasi, iqtisadi və ticari imkanlarımız var"
Digər ölkələr
1 Oktyabr , 2017 08:12
Bağdad Kürdüstanda keçirilən referenduma tezliklə cavab veriləcəyini vəd edib

Bakı. 1 oktyabr. REPORT.AZ/ İraq hökuməti Kürdüstan muxtariyyətində qanunsuz keçirilən müstəqillik referendumu ilə bağlı yaxın vaxtlarda cavab tədbirlərinin görüləcəyini bəyan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla belə Bağdad güc ssenarisini tamamilə istisna edir.

"Bunun üçün bizim kifayət qədər siyasi, iqtisadi və ticari imkanlarımız var", - deyə jurnalistlərə baş nazir aparatının nümayəndəsi Saad əl-Hadisi bildirib.

Son xəbərlər

Orphus sistemi