Baş nazirin müavini: "Azərbaycan mayda BMT-yə ilk hesabatını təqdim edəcək"

Baş nazirin müavini: "Azərbaycan mayda BMT-yə ilk hesabatını təqdim edəcək" "Dayanıqlı İnkişaf Məqsədləri Proqramı inkişaf etmiş, inkişaf etməkdə olan və inkişafdan geri qalan ölkələr üçün nəzərdə tutulub"
Digər ölkələr
8 Fevral , 2017 12:36
Baş nazirin müavini: Azərbaycan mayda BMT-yə ilk hesabatını təqdim edəcək

Bakı. 8 fevral. REPORT.AZ/ "2030-cü ilə qədər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Proqramının həyata keçirilməsi üçün hesabatlar hazırlanacaq".

"Report" xəbər verir ki, bunu Azərbaycan baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bu gün Bakıda keçirilən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan may ayında BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Proqramı üzrə ilk hesabatını təqdim edəcək: "Azərbaycanda Dayanaqlı İnkişaf Məqsədləri Proqramı ilə bağlı milli statistika BMT-nin standartlarına uyğun formalaşdırılacaq və bu standartlara uyğun 200-ə qədər hesabat hazırlanacaq. Azərbaycan qloballaşan dünyaya inteqrasiya edir. Bu gün dünyanın istənilən yerində yaşayan insanlar layiqli həyat şəraitinin necə olması barədə təsəvvürü var. Çünki dünyada KİV sürətlə inkişaf edib. Həyat şəraitini yaşadıqları ölkələrdə dəyişə bilməyən insanlar inkişaf etmiş ölkələrə, Avropaya köç edirlər. Bunun nəticəsidir ki, 2015 və 2016-cı ildə böyük köçlər olub. Bu ayrı-ayrı mədəniyyətlərin daşıyıcısı olan insanlara fərqli münasibətlər ortaya çıxarır. Ümumilikdə gələcək inkişaf üçün problemlər yaranır. Buna görə də BMT transformasiya ilə əlaqədar proqram hazırlayır. Bu layiqli həyat səviyyəsinin qurulması sahəsində mühüm proqramlardan biridir". 

"Dayanıqlı İnkişaf Məqsədləri Proqramı inkişaf etmiş, inkişaf etməkdə olan və inkişafdan geri qalan ölkələr üçün nəzərdə tutulub. Hər kateqoriyaya daxil olan ölkələr üçün vəzifələr nəzərdə tutulub. Könüllü hesabat may ayında BMT-yə təqdim edilməlidir. Bu hesabatın hazırlanması İşçi qrupları tərəfindən həyata keçiriləcək. İqtisadiyyat Nazirliyi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibliyi kimi prosesdə öz rolunu oynayacaq. Bu, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri Proqramı üzrə təqdim etdiyi ilk hesabat olacaq", - deyə baş nazirin müavini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi