Kolumbiyada törədilən partlayışda ölənlərin sayı 20 nəfəri keçib - VİDEO - YENİLƏNİB-3 - FOTO

Kolumbiyada törədilən partlayışda ölənlərin sayı 20 nəfəri keçib - VİDEO - YENİLƏNİB-3 - FOTO Bakı. 18 yanvar. REPORT.AZ/ Kolumbiyanın paytaxtı Boqota şəhərində polis məktəbində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Digər ölkələr
18 Yanvar , 2019 09:37
Kolumbiyada törədilən partlayışda ölənlərin sayı 20 nəfəri keçib - VİDEO - YENİLƏNİB-3 - FOTO

Bakı. 18 yanvar. REPORT.AZ/ Kolumbiyanın paytaxtı Boqota şəhərində polis məktəbində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

Daha əvvəl partlayış zamanı 68 nəfərin yaralandığı bildirilib.

Kolumbiya Prezidenti İvan Duke polis məktəbində törədilən partlayışdan sonra ölkədə üçgünlük matəm elan edib.

Hazırda polis hadisənin detallarını araşdırır.


***05:58

Kolumbiyanın paytaxı Boqotada törədilən partlayışda yaralananların sayı 87 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Heraldo" portalı bildirib.

Yaralılardan 79-u xəstəxanalara çatdırılıb. Bildirilir ki, partlayışda ölənlərin sayı 11 nəfərə çatıb.

Hakimiyyət orqanları ölənlərdən 4-nün şəxsiyyətini müəyyənləşdirə biliblər. Onlardan biri ekvadorlu qadındır. Digər 3 nəfər isə kolumbiyalıdır. Hadisəni Xose Aldemar Rohas Rodriqes törədib. Hüquq-mühafizə orqanları onun fotosunu yayıblar. 

Daha əvvəl partlayış zamanı 10 nəfərin öldüyü, 65 nəfərin xəsarət aldığı bildirilirdi.


***03:29

Kolumbiya paytaxtında törədilən partlayış zamanı 10 nəfər ölüb, 65 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Tiempo" məlumat yayıb.

Qeyd edək ki, cümə axşamı partlayıcı maddə ilə dolu avtomobil ölkənin Milli Polis Akademiyasının bınasının divarına çırpılıb. Ölkənin baş prokuroru Nestor Umberto Martines Milli Təhlükəsizlik Şurasının iclasının yekununda bildirib ki, hadisəni Xose Aldemar Rohas Rodriqes törədib.  

Daha əvvəl bildirilirdi ki, avtomobilin partladılması nəticəsində azı 8 nəfər həlak olub.


***23:38

Kolumbiyada partlayış törədilib.

Bu barədə "Report" EFE agentiyinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə paytaxtda törədilib. Avtomobilin partladılması nəticəsində azı 8 nəfər həlak olub.

İlkin məlumata görə, hadisə Boqotadakı Polis Akademiyasının yaxınlığında törədilib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər cəlb edilib.

Yaralıların sayı dəqiqləşdirilir. 

Daha əvvəl Kolumbiya narkotik satıcılarının 4 təyyarəsi Venesuelada vurulub.

Son xəbərlər

Orphus sistemi