Yuxarı

Avstriyada təqaüdçü seçki məntəqəsini yandırmağa cəhd göstərib

Avstriyada təqaüdçü seçki məntəqəsini yandırmağa cəhd göstərib
O, özü ilə benzin kanistri gətirib və yanacağı məntəqəyə tökməyə başlayıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Avstriyanın Ştiriya torpağında yerləşən Hartberq bələdiyyəsində 77 yaşlı kişi seçki məntəqəsini yandırmağa cəhd göstərib.

“Report” "Heute" nəşrinə istinadən xəbər verir ki, təqaüdçü özü ilə benzin kanistri gətirib və yanacağı məntəqəyə tökməyə başlayıb.

Ətrafdakılar ona müdaxilə edərək benzini yandırmasının qarşısını alıblar.

Hadisə yerinə gələn polis əməkdaşının sözlərinə görə, yaşlı kişinin "ağlı başında olmayıb".

Oktyabrın 15-də Avstriyada növbədənkənar parlament seçkiləri keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi