Yuxarı

Avstriya XİN başçısı Avropa Forumu zamanı huşunu itirib

Avstriya XİN başçısı Avropa Forumu zamanı huşunu itirib

Bakı. 27 avqust. REPORT.AZ/ Avstriyanın xarici işlər naziri Karin Knaysl Alpbax Avropa Forumu zamanı huşunu itirib.

Bu barədə "Report" Avstriya KİV-inə istinadən xəbər verir.

Avstriya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tomass Şnell nazirin dünən illik forum çərçivəsində çıxış edərkən azacıq halsızlaşdığını təsdiqləyib: "Nazir hoteldə otağında istirahət edir və artıq yaxşılaşmaqdadır".

Bundan əlavə, K.Knayslın mətbuat nümayəndələri ilə avqustun 18-də sahibkar Volfqanq Meylinger toyunda Rusiya prezidenti Vladimir Putinin iştirakı barədə müsahibədən sonra halının pisləşdiyi bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi