Avstriya polisi Vyanada terror hücumunun qarşısının alındığını bildirib

Avstriya polisi Vyanada terror hücumunun qarşısının alındığını bildirib Şəhərdə təhlükəsizlik tədbirləri artırılıb
Digər ölkələr
21 Yanvar , 2017 14:24
Avstriya polisi Vyanada terror hücumunun qarşısının alındığını bildirib

Bakı. 21 yanvar. REPORT.AZ/ Vyana polisi terror aktı həyata keçirməyi planlaşdıran ölkənin milliləşdirilmiş 18 yaşlı vətəndaşını saxlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Avstriyanın daxili işlər naziri Volfqanq Sobotka bildirib.

V.Sobotkanın sözlərinə görə, saxlanılan şəxsin radikal fikirli olmasını düşünmək üçün əsaslar var.

Polis ölkə sakinlərinə müraciət edərək onlardan daha sayıq olmağı, şübhəli şəxslər və obyektlər gördükləri halda məlumat verməyi xahiş edib.

Hazırda şəhərdə təhlükəsizlik tədbirləri artırılıb.

Son xəbərlər

Orphus sistemi