Avstriya İŞİD ilə əlaqəsi olduğuna görə məhkum olunanı ilk dəfə vətəndaşlıqdan məhrum edib

Avstriya İŞİD ilə əlaqəsi olduğuna görə məhkum olunanı ilk dəfə vətəndaşlıqdan məhrum edib Vyana sakini Yunus F. 2015-ci ilin iyununda terror birliyinə üzvlüyünə görə üç il azadlıqdan məhrum edilib
Digər ölkələr
27 Mart , 2017 12:25
Avstriya İŞİD ilə əlaqəsi olduğuna görə məhkum olunanı ilk dəfə vətəndaşlıqdan məhrum edib

Bakı. 27 mart. REPORT.AZ/ Avstriya hökuməti İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə, Türkiyə əsilli vətəndaşını vətəndaşlıqdan məhrum edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, Avstriyada ilk belə haldır.

2014-cü ilin avqust ayında Avstriyanı tərk edib və bir neçə çeçen ilə birlikdə İŞİD terrorçularına qoşulmağa cəhd göstərərkən Suriya sərhədində saxlanılıb. 2015-ci ilin iyununda o, terror birliyinə üzvlüyünə görə üç il azadlıqdan məhrum edilib. Hökm 2015-ci ilin dekabr ayında qüvvəyə minib. Amma məhkumu vətəndaşlıqdan məhrum etmək üçün onun başqa ölkənin - bu halda Türkiyənin vətəndaşı olmasının sübut etmək lazım idi.

Avstriya Daxili İşlər Nazirliyi məsələni araşdırmaq və Yunus F. adlı şəxsin vətəndaşlığını müəyyən etmək üçün göstəriş verib. Martın ortalarında məhkumun Avstriya vətəndaşlığından məhrum edilməsi barədə qərar qəbul edilib.

Yerli KİV-in yazdığına görə, indi onu yəqin ki, deportasiya gözləyir.

Son xəbərlər

Orphus sistemi