Avstriya İran nüvə proqramına dair danışıqlara ev sahibliyi edə bilər

Avstriya İran nüvə proqramına dair danışıqlara ev sahibliyi edə bilər Avstriya İran nüvə proqramına dair Müştərək Əhatəli Fəaliyyət Planı (JCPOA) ilə bağlı danışıqlara ev sahibliyi etməyə daim hazırdır.
Digər ölkələr
8 Noyabr , 2019 12:22
Avstriya İran nüvə proqramına dair danışıqlara ev sahibliyi edə bilər
Getty Images

"Avstriya İran nüvə proqramına dair Müştərək Əhatəli Fəaliyyət Planı (JCPOA) ilə bağlı danışıqlara ev sahibliyi etməyə daim hazırdır".

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Xarici İşlər Nazirliyinin silahlara nəzarət, yayılmaması, silahsızlaşma departamentinin direktoru Tomas Vaynozi Moskva Yayılmama Konfransı (MNC) zamanı jurnalistlərə bildirib.

“Məsələyə qarışa bilməsək də, danışıqların davamı üçün daim yer verməyə hazırıq”, – XİN rəsmisi deyib.

O, JCPOA-nın Vyanada razılaşdırıldığını, həmin məsələyə dair yüksək səviyyəli görüşlərin də həmin şəhərdə keçirildiyini xatırladıb.

Son xəbərlər

Orphus sistemi