Avstraliyanın turizm sənayesi ciddi itkilərə məruz qalacaq

Avstraliyanın turizm sənayesi ciddi itkilərə məruz qalacaq Avstraliyada baş verən təbii yanğınlar səbəbilə ölkəyə səyahət etməyi planlaşdıran xarici turistlərin sayı 10-20 faiz azalıb.
Digər ölkələr
17 Yanvar , 2020 17:55
Avstraliyanın turizm sənayesi ciddi itkilərə məruz qalacaq

Avstraliyada baş verən təbii yanğınlar səbəbilə ölkəyə səyahət etməyi planlaşdıran xarici turistlərin sayı 10-20 faiz azalıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Australian Financial Review” məlumat yayıb.

İlin sonuna qədər turizm sənayesi 4,5 milyard Avstraliya dolları (təxminən 3 milyard ABŞ dolları) itirə bilər.

“Avstraliya Turizm Xidmətləri İxracı Şurası” şirkətinin direktoru Piter Şelli nəşrə açıqlamasında əsas bazarlarda – ABŞ, Böyük Britaniya və Çində imtinaların çoxaldığını söyləyib.

Onun sözlərinə görə, xarici turistlər ölkə iqtisadiyyatına hər il 45 milyard Avstraliya dolları (təxminən 30 milyard ABŞ dolları) qazandırır.

Son xəbərlər

Orphus sistemi