Yuxarı

Avstraliyanın şərq sahillərinə güclü yağış yağıb

​Avstraliyanın şərq sahillərinə güclü yağış yağıb

Avstraliyanın şərq sahillərindəki Kvinslend ştatına güclü leysan yağışları yağıb və bu, daşqınlara səbəb olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, nəticədə bir çox yol bağlanıb, ştatın cənub-şərqindəki şəhərlərdə parklar bağlanıb, nəqliyyatda ciddi fasilələr yaranıb, insanlar su altında qalan yollarda qayıqlarla hərəkət etməyə məcbur olublar.

Kvinslend meteorologiya xidməti bildirib ki, leysan yağışları dayanır, ancaq bazar günü güclü yağış yağacağı təhlükəsi yenə var.

Eyni zamanda qonşu Yeni Cənubi Uels və Viktoriya ştatlarında meşə yanğınları davam edir. Oradakı insanların əksəriyyəti elektrik enerjisinə həsrətdir, evakuasiya olunan sakinlər isə evlərinin dağılıb-dağılmadıqlarını bilmirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi