Yuxarı

Avstraliyanın Ali Məhkəməsi: Baş nazir müavininin parlamentə seçilməsində qanun pozuntusuna yol verilib

Avstraliyanın Ali Məhkəməsi: Baş nazir müavininin parlamentə seçilməsində qanun pozuntusuna yol verilib
Məhkəmənin qərarı ilə əlavə seçkilər keçiriləcək, bu da hakim koalisiyanın parlamentdə çoxluğun itirilməsinə gətirib çıxara bilər

Bakı. 27 oktyabr. REPORT.AZ/ Avstraliyanın Baş nazirin müavini Barnabi Coys və daha dörd senator ikili vətəndaşlığa sahib olduğu üçün milli qanunvericiliyin pozulması ilə parlamentə seçilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avstraliya Ali Məhkəməsinin qərarında deyilir.

Məhkəmənin qərarı ilə əlavə seçkilər keçiriləcək, bu da hakim koalisiyanın parlamentdə çoxluğun itirilməsinə gətirib çıxara bilər.

B.Coys Yeni Zelandiyanın vətəndaşlığından rəsmən imtina etdiyi üçün əlavə seçkilərə qatıla bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi