Yuxarı

Avstraliyalı alim 104 yaşında evtanaziya vasitəsilə həyatına son qoyub

Avstraliyalı alim 104 yaşında evtanaziya vasitəsilə həyatına son qoyub
Devid Qudell: Həyatımı davam etdirmək istəmirəm və onu başa vurmaq şansım olduğuna görə də xoşbəxtəm

Bakı. 10 may. REPORT.AZ/ Avstraliyanın ən yaşlı alimi Devid Qudell həyatının 104-cü ilində İsveçrədə evtanaziya ilə ömrünə son qoyub.

"Report" Avstraliyanın ABC telekanalına istinadən xəbər verir ki, evtanaziya etməmişdən əvvəl o, jurnalistləri toplayaraq mətbuat konfransı keçirib.

D.Qudell ölümü gözləməkdən yorulduğunu və insanın ölüm vaxtını seçməkdə sərbəst olmasının zəruriliyini bildirib: "Son 6 ildir kor olmuşam, artıq həyatımı davam etdirmək istəmirəm və onu başa vurmaq şansım olduğuna görə də xoşbəxtəm".

Qeyd edək ki, Avstraliyada insanın ölümcül xəstəlikdən əziyyət çəkməsi halı istisna olmaqla, evtanaziya proseduru qadağandır. Bu səbəbdən könüllülər D.Qudellin İsveçrəyə gedib evtanaziya etdirməsi üçün 15 min ABŞ dolları toplayıblar.

Əlavə edək ki, D.Qudell ekologiya və botanika sahəsində çalışıb. O, yüzdən çox elmi məqalənin müəllifidir. Son 20 ildə o, Avstraliyada evtanaziyanın qanuniləşdirilməsi üçün fəal şəkildə mübarizə aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi