Avstraliyada timsah balıqçını parçalayıb

Avstraliyada timsah balıqçını parçalayıb Hazırda 4 metr uzunluğunda yırtıcının axtarışları gedir
Digər ölkələr
20 Mart , 2017 07:56
Avstraliyada timsah balıqçını parçalayıb

Bakı. 20 mart. REPORT.AZ/ Avstraliyanın hüquq-mühafizə orqanları martın 20-də çay sahilində ötən şənbə günü balıq tutmaq adı ilə evdən çıxan və itgin düşən 35 yaşlı kişinin meyitini aşkar ediblər.

"Report" xəbər verir ki, polisin fərziyyəsinə görə, yerli sakini timsah parçalayıb.

Hazırda uzunluğu təqribən 4 metr olan sürünənin axtarışları davam etdirilir.

Martın 19-da həmin ərazidə timsah 18 yaşlı gəncə hücum edərək onun əlini dişləyib.

Son xəbərlər

Orphus sistemi