Avstraliyada köpək balığı sörfinqçiyə hücum edib

Avstraliyada köpək balığı sörfinqçiyə hücum edib Bakı. 9 dekabr. REPORT.AZ/ Avstraliyanın Sidney şəhərinin şimalında yerləşən Nambakka-Heds şəhəri sahillərində köpək balığı 36 yaşlı kişiyə hücum edib.
Digər ölkələr
9 Dekabr , 2018 08:52
Avstraliyada köpək balığı sörfinqçiyə hücum edib

Bakı. 9 dekabr. REPORT.AZ/ Avstraliyanın Sidney şəhərinin şimalında yerləşən Nambakka-Heds şəhəri sahillərində köpək balığı 36 yaşlı kişiyə hücum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü milli SBS telekanalı məlumat yayıb.

Yeni Cənubi Uels ştatının Sularda Xilasetmə Xidmətinin məlumatına görə, zərərçəkmiş xəstəxanada ağır vəziyyətdədir.

"Köpək balığının hücumu zamanı 36 yaşlı kişi Nambakka-Hedsin şimal çimərliyində sörf sürürmüş, yırtıcı onun ayağından tutaraq suya salıb. Kişini yaxınlıqda üzən sörfinqçilər xilas ediblər. Onlar köpək balığını qovaraq zərərçəkmişi sudan sahilə çıxardıblar və ona ilkin tibbi yardım göstəriblər", - deyə məlumatda bildirilir.

Ştat polisinin bildirdiyinə görə, Nambakka-Hedsin bütün şəhər çimərlikləri hadisədən sonra bağlanıb.

Son xəbərlər

Orphus sistemi