Avstraliyada ilk evtanaziya həyata keçirilib

Avstraliyada ilk evtanaziya həyata keçirilib Avstraliyanın Viktoriya ştatında iyunun 19-da qəbul edilmiş evtanaziya (ölməyə yardım etmək) qanunu ilk dəfə tətbiq olunub.
Digər ölkələr
5 Avqust , 2019 16:16
Avstraliyada ilk evtanaziya həyata keçirilib

Avstraliyanın Viktoriya ştatında iyunun 19-da qəbul edilmiş evtanaziya (ölməyə yardım etmək) qanunu ilk dəfə tətbiq olunub.

“Report” “News”a istinadən xəbər verir ki, iyulun 15-də Bendiqo şəhərində süd vəzisi xərçəngindən vəfat edən 61 yaşlı Kerri Robinson bu hüquqdan istifadə edən ilk şəxs olub.

Qadının ölüm yatağında ikən yanında olmuş qızları - Cak HiksNikol Robertson onun bu ölümünü müsbət təcrübə deyə səciyyələndirib. “İstədiyi kimi, icazəli ölüm oldu”, - deyə N.Robertson bildirib.

Mart ayında keçirilən hemoterapiya zamanı qaraciyərinin artıq fəaliyyət göstərməyəcəyi bəlli olandan sonra xəstə bütün müalicə tədbirlərini dayandırmaq qərarına gəlib.

Bu, Avstraliya tarixində ilk belə təcrübədir. Qeyd olunur ki, bənzər qanunların Qərbi Avstraliya və Kuinsland ştatlarında da qəbul olunması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi