Yuxarı

Avstraliyada hidro-təyyarənin qəzaya uğraması nəticəsində heyət üzvü və sərnişinlər həlak olub

Avstraliyada hidro-təyyarənin qəzaya uğraması nəticəsində heyət üzvü və sərnişinlər həlak olub
Təyyarə Sidneydən şimalda Yeni Cənubi Uels ştatında Hoksberi çayına düşüb.

Bakı. 31 dekabr. REPORT.AZ/ Avstraliyada, Sidney şəhəri yaxınlığında "Sydney Seaplanes" şirkətinə məxsus hidro-təyyarə çaya düşərək qəzaya uğrayıb. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, nəticədə təyyarədə olan altı nəfər - pilot və 5 sərnişin həlak olub.    

Hadisə Bakı vaxtı ilə, bu gün saat 08:15 radələrində baş verib. Təyyarə Sidneydən şimalda Yeni Cənubi Uels ştatında Hoksberi çayına düşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi