Avstraliyada dronlar qeydiyyata alınacaq

Avstraliyada dronlar qeydiyyata alınacaq Avstraliya Aviasiya Təhlükəsizliyi Təşkilatı (CASA) ölkədə 250 qramdan çox ağırlığı olan insansız hava vasitələrinin istifadəsi ilə bağlı yeni tələblər irəli sürüb.
Digər ölkələr
28 Mart , 2019 07:08
Avstraliyada dronlar qeydiyyata alınacaq

Avstraliya Aviasiya Təhlükəsizliyi Təşkilatı (CASA) ölkədə 250 qramdan çox ağırlığı olan insansız hava vasitələrinin istifadəsi ilə bağlı yeni tələblər irəli sürüb.

"Report" xəbər verir ki, ABC Televiziya və Radio Korporasiyasının məlumatına görə, bu ilin 1 iyulundan başlayaraq dron istifadə etmək istəyən şəxs xüsusi lisenziya almalı və cihazı qeydiyyatdan keçirməlidir.

CASA tərəfindən hazırlanan qaydalar paketinə görə, dronların sahibləri xüsusi onlayn kurslarda təlim keçəcək, lisenziya alacaq və cihazlarını qeydiyyatdan keçirəcəklər. Qeyd olunub ki, bütün mövcud dronlar haqqında məlumatlar Aviasiya Təhlükəsizliyi Təşkilatının sahib olduğu vahid məlumat bazasında saxlanılacaq. 

Son xəbərlər

Orphus sistemi