Yuxarı

Avstraliyada bıçaqla insanlara hücum etmiş şəxs partlayış törətmək istəyib

Avstraliyada bıçaqla insanlara hücum etmiş şəxs partlayış törətmək istəyib

Bakı. 10 noyabr. REPORT.AZ/ Avstraliya polisi bildirib ki, Melbrunda bıçaqla insanlara hücum etmiş kişi avtomobilində olan qaz balonlarını partlatmaq niyyətində olub.

"Report" ABC-yə istinadən xəbər verir ki, bunu Viktoriya ştatının polis şefinin nümayəndəsi Qrem Eşton deyib.

"Deyəsən o, bizim hazırkı ehtimallarımıza görə, balonları alovlandırmaq üçün yanğın törətmək istəyib", - deyə Qrem Eşton bildirib.

Qeyd olunur ki, barbekyu üçün qril zamanı istifadə olunan qaz balonlarını partlatmaq alınmayıb.

Bundan əvvəl Avstraliyanın Melburn şəhərində naməlum şəxsin bıçaqla polislərə hücum etdiyi xəbər verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi