Avstraliyada aerostatın sərt enişi zamanı 7 nəfər xəsarət alıb

Avstraliyada aerostatın sərt enişi zamanı 7 nəfər xəsarət alıb Bakı. 8 fevral. REPORT.AZ/ Avstraliyanın Diksons-Krik şəhəri yaxınlığında hava şarı sərt eniş edib.
Digər ölkələr
8 Fevral , 2018 05:48
Avstraliyada aerostatın sərt enişi zamanı 7 nəfər xəsarət alıb

Bakı. 8 fevral. REPORT.AZ/ Avstraliyanın Diksons-Krik şəhəri yaxınlığında hava şarı sərt eniş edib.

"Report" xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı aerostatda 16 nəfər olub. Hava şarının 500 metr hündürlükdən sərt enməsi nəticəsində 7 nəfər xəsarət alıb.

Onlar boyunlarından və digər nahiyələrindən çoxsaylı xəsarətlər alıblar. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə şəraiti araşdırılır.  

Son xəbərlər

Orphus sistemi