Avstraliya zooparkında qartal qadına hücum edib

Avstraliya zooparkında qartal qadına hücum edib Zərərçəkən üzündə və əllərində dərin yaralarla xəstəxanaya yerləşdirilib
Digər ölkələr
6 Sentyabr , 2016 08:22
Avstraliya zooparkında qartal qadına hücum edib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Avstraliyanın Qold-Kost şəhərindən (Kvinslend ştatı) cənubda yerləşən Karrambin heyvanat parkında qartal qadın ziyarətçiyə hücum edib.

"Report" xəbər verir ki, bu barədə ABC teleşirkəti məlumat yayıb.

Təqribən 30 yaşı olan zərərçəkən üz və əl nahiyələrində dərin yaralarla təcili surətdə Qold-Kost xəstəxanasına çatdırılıb. Həkimlərin sözlərinə görə, onun vəziyyəti stabildir.

Zoopark işçiləri hadisə ilə bağlı hər hansı bir açıqlama verməkdən imtina edirlər.

Heyvanat parkının internet saytında "Quşların sərbəst uçuşu" adlı şou yerləşdirilib. Videoda qartalların insanların başı üzərindən uçduğu müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi