Avstraliya: Mozambikdə tapılan təyyarə parçaları iki il əvvəl yoxa çıxan "Boeing-777"-yə məxsusdur

Avstraliya: Mozambikdə tapılan təyyarə parçaları iki il əvvəl yoxa çıxan "Boeing-777"-yə məxsusdur Avstraliyanın nəqliyyat naziri Darren Çester bildirib ki, bu qənaət mütəxəssis rəyinə əsaslanır
Digər ölkələr
24 Mart , 2016 06:55
Avstraliya: Mozambikdə tapılan təyyarə parçaları iki il əvvəl yoxa çıxan Boeing-777-yə məxsusdur

Bakı. 24 mart. REPORT.AZ/ Mozambikin sahillərində aşkarlanan iki təyyarə parçası 2014-cü il martın 8-nə keçən gecə Kuala-Lumpurdan Pekinə uçarkən yoxa çıxan "Malayziya Hava Yollarına" məxsus "Boeing-777" təyyarəsinə məxsusdur.

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Avstraliyanın nəqliyyat naziri Darren Çester bildirib. Onun sözlərinə görə, bu qənaət mütəxəssis rəyinə əsaslanır.

Qeyd edək ki, 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu "Boeing 777" təyyarəsi Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib. Axtarışların uzun müddət davam davam etməsinə baxmayaraq, təyyarənin izini tapmaq mümkün olmamışdı.

Son xəbərlər

Orphus sistemi