Avstraliyada səkkiz uşaq cəsədi tapılıb

Avstraliyada səkkiz uşaq cəsədi tapılıb Onların bacı-qardaş olduğu bildirilir
Digər ölkələr
19 Dekabr , 2014 08:49
Avstraliyada səkkiz uşaq cəsədi tapılıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Avstraliyanın Kerns şəhərindəki (Kvinslend ştatı) yaşayış evlərindən birində səkkiz uşağın meyiti tapılıb. Onların bacı-qardaş olduğu bildirilir.

"Report" xəbər verir ki, uşaqların hamısı bıçaqla qətlə yetirilib.

Qətlin qurbanları 1,5-15 yaşlarında uşaqlar olub. Bundan əlavə, xəstəxanaya bıçaq xəsarətləri alan 34 yaşlı qadın gətirilib. Sözügedən qadının uşaqların nəyi olduğu hələ müəyyən edilməyib.

Hazırda hadisə yerində onlarla polis əməkdaşı var.

Son xəbərlər

Orphus sistemi