Yuxarı

Avroqrup antiböhran paketini razılaşdırdı

​Avroqrup antiböhran paketini razılaşdırdı

324

Avroqrup (Avrozonanın maliyyə nazirləri) koronavirusla bağlı yaranmış iqtisadi vəziyyətə cavab olaraq 500 milyard avro dəyərində böhran əleyhinə paketi razılaşdırıblar.

“Report” xəbər verir ki, bunu Fransanın iqtisadiyyat naziri Bryuno Le Mer deyib.

“Avropa maliyyə nazirləri koronavirusa iqtisadi reaksiya barədə mükəmməl razılıq əldə ediblər. 500 milyard avro dərhal ayrılacaq” - nazir özünün “Twitter” hesabında məlumat yayıb.

Nazir əlavə edib ki, yaxın gələcəkdə Avropa iqtisadiyyatını stimullaşdırmaq üçün fond da yaradılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi