Avropanın ən böyük şəhər xəstəxanası gələn il açılacaq

Avropanın ən böyük şəhər xəstəxanası gələn il açılacaq Xəstəxanada 3 800 çarpayı olacaq
Digər ölkələr
13 Oktyabr , 2015 16:07
Avropanın ən böyük şəhər xəstəxanası gələn il açılacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ Avropanın ən böyük şəhər xəstəxanasının açılacağı tarix məlum olub. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ankarada tikintisi davam edən xəstəxana gələn ilin oktyabrın 29-da istifadəyə veriləcək.

Bu barədə məlumat verən Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu bildirib ki, xəstəxanada 3 800 çarpayı olacaq: "Əsəs hədəfimiz ən qabaqcıl ölkələrin səhiyyə xidmətlərini 78 milyonluq əhaliyə göstərə bilməkdir".

Nazir həmçinin qeyd edib ki, Türkiyə ürək, qaraciyər köçürülməsi üzrə dünya ölkələri ilə rəqabət aparmaq gücündədir: "Hətta qaraciyər transplantasiyası üzrə Türkiyə Avropada birincidir. Yüksək avadanlıqlarla təchiz olunması nəzərdə tutulan xəstəxana vasitəsilə uğurlarımız daha da artacaq. Təəssüf ki, bu uğuru dərk etməyən müxalif qüvvələr bu kimi layihələrin həyata keçirilməsini ən az 3 il ləngidib. Lakin bütün əngəlləri dəf edərək istəyimizə nail olduq".  

Son xəbərlər

Orphus sistemi