Yuxarı

Avropada koronavirusdan ikinci ölüm qeydə alındı

​Avropada koronavirusdan ikinci ölüm qeydə alındı

496

İtaliyada COVID-19 koronavirusundan ilk ölüm hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Il Corriere della Sera” qəzeti və digər mətbu orqanlar məlumat yayıb.

Məlumata görə, Veneto vilayətinin Paduya şəhərində virusa yoluxmuş 78 yaşlı kişi dünyasını dəyişib. Qeyd edilir ki, onunla birlikdə 67 yaşlı həyat yoldaşı da yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Veneto vilayətinin qubernatoru Luk Dzayyu məlumatı təsdiqləyib.  

Qeyd edək ki, bu, Avropada koronavirusdan ikinci ölüm hadisəsidir. İlk ölüm hadisəsi fevralın 15-də Fransada qeydə alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi