Yuxarı

Avropada "Eleonor" qasırğası nəticəsində 3 nəfər ölüb

Avropada "Eleonor" qasırğası nəticəsində 3 nəfər ölüb
Təbii fəlakət bir sıra ölkələrdə binalara ziyan vurub

Bakı. 4 yanvar. REPORT.AZ/ Bir neçə Avropa ölkəsində cərəyan edən "Eleonor" qasırğası nəticəsində azı 3 nəfər həyatını itirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bir nəfər Alp dağlarının Fransa ərazisinə düşən hissəsində ölüb, daha iki nəfər isə İspaniyada Basklar ölkəsi sahillərində nəhəng dalğaların qurbanı olub.

Bildirilir ki, təbii fəlakət Avropanın bir sıra ölkələrində binalara ziyan vurub. Onların bəzilərində minlərlə ev işıqsız qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi