Avropa Şurası Nazirlər Komitəsinin 125-ci sessiyası Brüsseldə öz işinə başlayır

Avropa Şurası Nazirlər Komitəsinin 125-ci sessiyası Brüsseldə öz işinə başlayır Tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək
Digər ölkələr
19 May , 2015 02:46
Avropa Şurası Nazirlər Komitəsinin 125-ci sessiyası Brüsseldə öz işinə başlayır

Bakı. 19 May. REPORT.AZ/ Bu gün Brüsseldə Avropa Şurası Nazirlər Komitəsinin 125-ci sessiyası keçiriləcək.

"Report"un məlumatına görə, "Avropa demokratik təhlükəsizlik naminə birgə cavabdehlik" mövzusuna həsr olunan tədbir Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın nitqi ilə öz işinə başlayacaq.

Terrorizmlə mübarizə məsələlərinin də aktiv olaraq müzakirə ediləcəyi tədbirdə ölkəmizi xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

Sessiya çərçivəsində Avropa Şurası Nazirlər Komitəsində sədrlik növbəti altı ay üçün Belçikadan Bosniya və Herseqovinaya keçəcək.

Son xəbərlər

Orphus sistemi